|
11 oktyabr 2013, 11:00
Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovdan
Hörmətli İlham Heydər oğlu, Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Seçkilərdə inamlı qələbəniz Sizin rəhbərliyiniz altında həyata keçirilən uğurlu daxili və xarici siyasətin Azərbaycan xalqı tərəfindən geniş dəstəklənməsinin daha bir parlaq təsdiqi, dövlətin və cəmiyyətin sabit inkişafının, habelə ölkənin dünya birliyində layiqli yerinin möhkəmlənməsi işində yüksək xidmətlərinizin etiraf edilməsidir. Əminəm ki, Özbəkistan Respublikası və Azərbaycan Respublikası arasında ənənəvi dostluq əlaqələri, qarşılıqlı faydalı və çoxplanlı əməkdaşlıq ölkələrimizin qardaş xalqlarının mənafeyi naminə bundan sonra da ardıcıl və hərtərəfli möhkəmlənəcəkdir. Hörmətli İlham Heydər oğlu, bu gözəl fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, Azərbaycan xalqına firavanlıq və çiçəklənmə arzulayıram.
Hörmətlə, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.