Rafiq Qədirovdan, Cəlilabad, Azərbaycan
11 oktyabr 2013, 12:05
Möhtərəm cənab Prezident!
Sizin siyasətiniz nəticəsində Azərbaycanımız gündən-günə inkişaf edir. Mən və ailəm Sizinlə fəxr edirik. Allah Sizə cansağlığı və uzun ömür versin. Ümummilli liderimizin, hər bir azərbaycanlının qəlbində özünəməxsus yeri olan çox hörmətli Heydər Əliyevin siyasətinin davamçısı olaraq, Sizin son on ildə Azərbaycanın inkişafı naminə gördüyünüz işlər göz qabağındadır.
Azərbaycanın gələcəyi naminə fəaliyyətinizdə Sizə uğurlar arzu edirəm. Sizin səfərlərinizi daim diqqətdə saxlayır və izləyirik. Biz Sizə inanır və bundan sonra da inanacağıq. Çünki Siz ulu öndər Heydər Əliyevin siyasi yolunu davam etdirir və apardığı düzgün siyasət nəticəsində Azərbaycanı dünyaya tanıdırsınız.
Hörmətli cənab Prezident, bir şəhid ailəsi olaraq Sizi çox sevirik. Bu məktubu yazaraq, Sizinlə fəxr etdiyimizi bildiririk.
Allah Sizi bizə çox görməsin. Həmişə bizimlə olun cənab Prezident!
Hörmətlə,
Qədirov Rafiq Rza oğlu.
Azərbaycan Respublikası, Cəlilabad şəhəri.