|
11 oktyabr 2013, 13:10
Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamadan
Hörmətli cənab Prezident, Məkkəyə həcc ziyarətinin başa çatdığı bir müddətdə Mişel və mən Qurban bayramı münasibətilə Amerikadakı və dünyadakı müsəlmanlara ən xoş arzularımızı çatdırır, xüsusən də zəvvarların müqəddəs səfəri uğurla başa çatdırmalarını diləyirik. Dünyanın üç əsas dininin İbrahim peyğəmbərdən qaynaqlanmasını əks etdirən ayini ehtiva edən həcc ziyarətinə gedən təxminən üç milyon müsəlmana minlərlə amerikalı müsəlmanın qoşulması ilə fəxr edirik. Bu il həcc ziyarətinə gedənlərdən əlavə bütün dünyadakı müsəlmanlar bu bayramı Tanrı ilə münasibətlərini nəzərdən keçirərək və İbrahim peyğəmbərin öz oğlunu qurban verməyə hazır olmasını əsas götürərək qeyd edəcəklər. Aralarındakı fərqlərə baxmayaraq müxtəlif etnik və iqtisadi təbəqələrdən gələn bu qədər insanın ali bir amal ətrafında birləşməsi bütün bəşəriyyətə bir daha göstərir ki, bizim fərqimiz Tanrının bizə bəxş etdiyi və qəbul etməli olduğumuz gücün mənbəyidir. Amerika xalqı adından biz bu xüsusi vaxtda bütün dünyadakı müsəlmanlara Qurban bayramı və həcc ziyarətinin uğurla başa çatması münasibətilə təbriklərimizi çatdırırıq. Qurban bayramınız mübarək və həcc ziyarətiniz qəbul olsun.
Hörmətlə, 11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.