|
11 oktyabr 2013, 15:05
TÜRKSOY-un baş katibi Düsen Kaseinovdan
Hörmətli Prezidentim, Dost və qardaş Azərbaycan Respublikasında 2013-cü il oktyabrın 9-da keçirilən azad və demokratik seçkilərin müvəffəqiyyətlə başa çatması və Azərbaycan xalqının mütəşəkkil iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Zati-ailələrinə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və şəxsən öz adımdan ən səmimi təbriklərimi bildirmək istəyirəm. Zati-alilərinin geniş təcrübəsinin və müdrik liderliyinin keçmişdə olduğu kimi, gələcəkdə də Azərbaycan xalqının inkişafına və rifahına böyük töhfə verəcəyinə, təşkilatımıza üzv ölkələr ilə Azərbaycan Respublikasının köklü dostluğa əsaslanan sarsılmaz əlaqələrinin və mədəniyyət, incəsənət sahəsində həyata keçirilən ortaq fəaliyyətimizin genişlənərək inkişafa davam edəcəyinə olan inamımı bu münasibətlə bir daha vurğulamaq istəyirəm. Əmin ola bilərsiniz ki, Beynəlxalq TÜRKSOY təşkilatı hər zaman olduğu kimi, bu gün də dostluq və qardaşlıq əlaqələrinin inkişaf etdirilməsi və ucaldılması, Türk dünyası mədəniyyətinin və incəsənətinin tanıdılması və yayılması, üzv ölkələrin dünya mədəniyyətinin inkişafında yer alması istiqamətində göstərilən bütün fəaliyyətlərdə daim Azərbaycan xalqının yanında olacaqdır.
Zati-aliləri, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqının rifahı və inkişafı ilə bağlı ən xoş arzularımı çatdırır, ən dərin ehtiramımı qəbul etməyinizi diləyirəm. 11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.