Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovdan

Text size Plus Minus

11 oktyabr 2013, 13:40

Hörmətli İlham Heydər oğlu,

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ölkə vətəndaşları etimad mandatını növbəti dəfə Sizə təqdim etmişlər. Bu da məsul vəzifədə fəaliyyətinizin yüksək qiymətləndirildiyini, Azərbaycan sakinləri arasında böyük nüfuz qazandığınızı və onların bundan sonra da Sizin rəhbərliyiniz altında dövlətin inkişafı yolunda irəliləməyə hazır olduqlarını göstərir. Doğma xalqın, demək olar, yekdil dəstəyi Sizi yeni nailiyyətlərə ruhlandırır, nəzərdə tutulan bütün məqsədlərə nail olmağınıza və planlarınızı həyata keçirməyinizə kömək edir.

Sizə qarşıdakı prezidentlik fəaliyyətinizdə, gözəl Azərbaycanın rifahı naminə bütün təşəbbüslərinizdə uğurlar arzulayıram.

Tatarıstana olan səmimi münasibətiniz və Sizin qələbəniz bizim üçün həm də onun təminatıdır ki, Sizin iştirakınızla çoxtərəfli Tatarıstan-Azərbaycan əməkdaşlığı salnaməsinə yeni parlaq səhifələr yazılacaqdır. Ümidvarıq ki, xalqlarımız arasında dostluq və qarşılıqlı anlaşma ənənələri bundan sonra da Rusiya-Azərbaycan strateji tərəfdaşlığının möhkəmlənməsinə xidmət edəcəkdir.

Sizə ən səmimi hörmətimə əmin olun. Sizə və Sizin yaxınlarınıza sağlamlıq və xoşbəxtlik arzulayıram.

Hörmətlə,

Rüstəm Minnixanov
Tatarıstan Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi