Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkodan
11 oktyabr 2013, 13:30
Hörmətli İlham Heydər oğlu!
Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi Rusiya Federasiyası Federal Məclisinin Federasiyası Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Seçkilərdə inamlı qələbə Azərbaycan xalqının sabitliyi və çiçəklənməsi naminə Sizin yorulmaz səmərəli fəaliyyətinizin nəticəsidir, Azərbaycan Respublikasının başçısı kimi yüksək nüfuzunuzu təsdiq edir. Rusiya-Azərbaycan strateji əməkdaşlığının və ölkələrimizin xalqlarının dərin tarixi əlaqələrinə söykənən ikitərəfli dostluq münasibətlərinin daha da möhkəmlənməsinə Sizin verdiyiniz böyük töhfəni xüsusi məmnunluqla qeyd edirəm.
Hörmətli İlham Heydər oğlu, ali dövləti vəzifədə Sizə səmimi qəlbdən uğurlar, möhkəm cansağlığı, şəxsi səadət, Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Valentina Matviyenko
Rusiya Federasiyası Federal Məclisinin
Federasiya Şurasının sədri
