ATƏT-in baş katibi Lamberto Zannierdən
Text size
11 oktyabr 2013, 13:15
Zati-aliləri, hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Ölkənizdə möhkəm və güclü demokratiya quruculuğu sahəsində gördüyünüz işlərdə Sizə uğurlar arzu edirəm.
Sizi əmin edirəm ki, ATƏT Azərbaycan hökuməti ilə qurulmuş uzunmüddətli və faydalı əməkdaşlığı davam etdirməyə sadiqdir.
Zati-aliləri, Sizə ən yüksək ehtiramımı çatdırıram.
Hörmətlə,
Lamberto Zannier
ATƏT-in baş katibi
