Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

ABŞ-ın Aparıcı Yəhudi Təşkilatları Prezidentləri Konfransının sədri Robert Şuqarmandan və ABŞ-ın Aparıcı Yəhudi Təşkilatları Prezidentləri Konfransının baş icraçı direktoru Malkolm Honlayndan

Text size Plus Minus

11 oktyabr 2013, 14:15

Hörmətli Prezident Əliyev,

Yenidən Prezident seçilməyiniz münasibətilə ən səmimi təbriklərimizi qəbul edin. Qələbəniz rəhbərliyinizin müdrikliyindən, nailiyyətlərinizin möhtəşəmliyindən və Azərbaycan xalqının dəstəyindən xəbər verir. Bakıda və Nyu-Yorkda Sizinlə keçirdiyimiz səmimi görüşləri xatırlayırıq. Dialoqumuzun davam edəcəyinə ümidvarıq. Azərbaycana səfərimiz bizdə böyük təəssüratlar, ölkəniz və xalqınız barədə dəyərli fikirlər yaratmışdır. Mühüm işlərdə Sizinlə əməkdaşlıqdan məmnunluq duyur və davamlı dəstəyinizə görə təşəkkür edirik.

Ən xoş arzularımızla,

Robert Şuqarman
ABŞ-ın Aparıcı Yəhudi Təşkilatları Prezidentləri Konfransının sədri

Malkolm Honlayn
ABŞ-ın Aparıcı Yəhudi Təşkilatları Prezidentləri Konfransının baş icraçı direktoru

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi