|
11 oktyabr 2013, 13:20
Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Sergey Narışkindən
Hörmətli İlham Heydər oğlu! Yeni müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizin inamlı qələbənizlə başa çatmış, MDB-nin müşahidəçilər missiyasının qeyd etdiyi kimi, açıq və azad şəkildə keçirilmiş seçkilər bir daha göstərmişdir ki, Azərbaycan rəhbərliyinin ölkənin dövlət və ictimai sistemlərinin daha da təkmilləşdirilməsi xətti əhali tərəfindən geniş dəstəklənir. Əminəm ki, Sizin dövləti fəaliyyətdə zəngin təcrübəniz, yüksək siyasi nüfuzunuz və bəşəri müdrikliyiniz bundan sonra da respublikanın sosial-iqtisadi tərəqqisinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə, ölkələrimizin xalqlarının rifahı naminə çoxşaxəli Rusiya-Azərbaycan əlaqələrinin dərinləşməsinə xidmət edəcəkdir. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və Azərbaycan Respublikasının Prezidenti kimi məsul vəzifədə yeni uğurlar, dost Azərbaycan xalqına firavanlıq və tərəqqi arzulayıram. Hörmətlə,
Sergey Narışkin 11 oktyabr 2013, 14:15
ABŞ-ın Aparıcı Yəhudi Təşkilatları Prezidentləri Konfransının sədri Robert Şuqarmandan və ABŞ-ın Aparıcı Yəhudi Təşkilatları Prezidentləri Konfransının baş icraçı direktoru Malkolm Honlayndan
more...
11 oktyabr 2013, 15:00
Dağıstan Respublikası Dövlət Şurasının fəxri sədri Maqomedəli Maqomedovdan
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.