|
11 oktyabr 2013, 13:50
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovdan
Hörmətli İlham Heydər oğlu, Yenidən böyük üstünlüklə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərdə inamlı qələbəniz Sizin şəksiz nüfuzunuzun haqlı olaraq etiraf edilməsi, Azərbaycan xalqı tərəfindən Sizə dərin hörmətin, daimi dəstəyin təzahürüdür. Azərbaycanın bütün həqiqi dostları bu dəstəyə şərikdir. Şübhəsiz, bu, Sizin dahi atanız, Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinə hörmətin ən yaxşı əlamətidir. Sizin qələbəniz Rusiya cəmiyyətində ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinin, ölkələrimizin rəhbərlərinin etimada əsaslanan qarşılıqlı əlaqələrinin hərtərəfli inkişafına yönəlmiş ardıcıl fəaliyyət xəttinin təminatı kimi qəbul edilir. Sizə möhkəm cansağlığı, firavanlıq, Azərbaycan Respublikasının çiçəklənməsi, əmin-amanlıq və tərəqqisi naminə uğurlar diləyirəm. Hörmətlə, İlyas Umaxanov,
Rusiya Federasiyası Federal Məclisinin AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.