|
11 oktyabr 2013, 22:00
Amerika Birləşmiş Ştatlarının senatorları Prezident İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik etmişlər
Amerika Birləşmiş Ştatlarından olan bir qrup senator - Klif Branan, Rob Conson, Brandt Herşman (İndiana ştatı) və Meri Key Peypn (Nyu-Meksiko ştatı) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 9 oktyabr seçkilərində qazandığı parlaq qələbə münasibətilə təbrik etmişlər. Oklahoma ştatından olan senator Klif Brananın təbrik məktubunda deyilir: “Hörmətli cənab Prezident Əliyev! Sizi yenidən Prezident seçilməyiniz və Azərbaycan xalqını vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində atdığı növbəti mühüm addım münasibətilə təbrik edirəm. Demokratik prosesin əhəmiyyətli bir hissəsi olan ümumxalq seçkiləri seçicilərə seçim etmək imkanı yaradır. Azərbaycan seçiciləri bu imkandan səmərəli istifadə etmişlər”. Həmin ştatdan olan senator Rob Conson yazır: “Ortaq strateji maraqlara əsaslanan ölkələrimiz güclü tərəfdaşlıq əlaqələrinə malikdirlər. ABŞ ilə Azərbaycan ekstremizmin yayılmasının qarşısının alınması, dünyada tolerantlığın və tərəqqinin inkişafı uğrunda birgə fəaliyyət göstərir. Bir amerikalı kimi mən ölkənizin ABŞ-ın Əfqanıstan, İraq və Kosovodakı sülhyaratma əməliyyatlarına mühüm dəstəyini yüksək qiymətləndirirəm. Cənab Prezident, Sizi yenidən ali dövləti vəzifəyə seçilməyiniz münasibətilə təbrik edir, uğurlar arzulayıram. Əminəm ki, ABŞ-Azərbaycan əlaqələri bundan sonra da inkişaf edəcəkdir”. İndiana ştatını təmsil edən senator Brandt Herşman məktubunda deyir: “Cənab Prezident, Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Bizim Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə səylərimiz Trans-Adriatik boru kəməri layihəsinin (TAP) “Cənub qaz dəhlizi”nin Avropaya qaz nəqli marşrutu kimi seçilməsi ilə bağlı bu yaxınlarda verilmiş qərardan faydalanmaqdadır. ABŞ və bizim avropalı müttəfiqlərimiz bu cür enerji məsələlərində Azərbaycanın liderliyini tanıyır. Əminik ki, Azərbaycan bu liderliyini əzmlə qoruyub inkişaf etdirəcəkdir”. Seçkilərdə inamlı qələbə qazanan Prezident İlham Əliyevi təbrik edən Nyu-Meksiko ştatından senator xanım Meri Key Peypn isə yazır: “ABŞ ilə Azərbaycanı müxtəliflik, tolerantlıq, azlıqlara və gender hüquqlarına hörmət kimi bir çox məsələlərdə ortaq dəyərlər birləşdirir. Hər bir demokratik sistemin əsası olan bu fundamental dəyərlərin Azərbaycan cəmiyyətində dərin köklərə malik olduğunu təsdiqləyir, Azərbaycanın dostu olaraq Sizə və xalqınıza ölkənizi inkişaf etdirmək səylərinizdə uğurlar arzulayıram”. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.