|
11 oktyabr 2013, 18:30
ABŞ konqresmenləri, senatorları, ayrı-ayrı ştatların qubernatorları və yüksək vəzifəli şəxslərinin Prezident İlham Əliyevə təbrikləri
ABŞ konqresmenləri, senatorları, ayrı-ayrı ştatların qubernatorları, yüksək vəzifəli şəxsləri oktyabrın 9-da keçirilmiş prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevi inamlı qələbəsi münasibətilə təbrik ediblər. Nümayəndələr Palatasının üzvü Ted POE Azərbaycan ilə ABŞ arasında güclü tərəfdaşlığın mövcud olduğunu vurğulayaraq yazır: “Cənab Prezident, Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edirəm. Mən Sizi və xalqınızı ABŞ-la birgə Əfqanıstan və İraqda həyata keçirilən sülhməramlı əməliyyatlar münasibətilə də təbrik etmək istəyirəm. Azərbaycan ilə ABŞ-ı bir çox sıx əlaqələr birləşdirir. Azərbaycanın enerji ehtiyatlarının Avropaya və dünyaya çıxarılması mühüm addımdır. Ölkənizin enerji layihələrində oynadığı rol məni çox sevindirir. Siz Azərbaycanın enerji sənayesində dünyadakı mühüm rolunu günüdən-günə genişləndirirsiniz. Mən Sizin Azərbaycan xalqının rifahı üçün etdiklərinizi yüksək qiymətləndirirəm. Azərbaycanda bu gün azadlıq hökm sürür. Sizin prezidentliyinizin növbəti dövründə Azərbaycanın ABŞ-ın sadiq dostu olaraq qalacağına inanıram. Sizi bir daha təbrik edirəm!” X X X ABŞ-ın Texas Ştatından olan nümayəndələr palatasının üzvü Pete OlSO Azərbaycan Prezidenti İlham Əliyevə təbrikində yazır: “Seçkilər səs verənlərin azad seçimidir və demokratik prosesin mühüm hissəsini təşkil edir. Cənab Prezident, mən Sizi və Azərbaycan xalqını uğurlu qələbəniz münasibətilə təbrik edirəm. Azərbaycan ilə ABŞ arasında sıx tərəfdaşlıq mövcuddur. Bu əlaqələr qarşılıqlı maraqlara əsaslanır. Bizim xalqlarımız terrorizmə qarşı mübarizədə birgə çalışır. TAP boru kəməri kimi layihələr Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. ABŞ və Avropa İttifaqı Azərbaycanın enerji sahəsində qazandığı uğurları yüksək qiymətləndirir. Azərbaycandakı tolerantlıq milli azlıqlara hörmət və gender bərabərliyi demokratiyanın fundamental əsaslarını təşkil edir. Cənab Prezident, Sizi və Azərbaycan xalqını uğurlu qələbəniz münasibətilə bir daha təbrik edirəm”. X X X Nyu-York Assambleyasının üzvü Aleks BRUKRESTLİY: “Mən Sizə ölkəm ABŞ ilə qurduğunuz etibarlı və möhtəşəm əməkdaşlığa görə dərin minnətdarlığımı bildirirəm. Sizin böyük ideyalarınız vardır. Biz “Eurovision-2012” mahnı müsabiqəsi keçiriləndə Azərbaycanda olduq. “Eurovision” müsabiqəsi ölkənizin inanılmaz uğuru idi. Sizinlə Nyu-Yorkda görüşərkən söhbət etmək çox xoş oldu. Sizi və Azərbaycan xalqını seçkilərdəki yüksək uğurunuz münasibətilə təbrik edirəm. Sizə Azərbaycanı özünə ikinci vətən sayan və eləcə də Azərbaycanı görməsələr də onu ABŞ-ın dostu hesab edən bütün rusdilli amerikalılar adından təşəkkür edirəm. Bir daha Sizi növbəti uğurunuz münasibətilə təbrik edirəm”. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.