|
12 oktyabr 2013, 13:10
İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmandan
Hörmətli İlham Heydər oğlu! Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Seçkilərdə parlaq qələbə respublika sakinləri arasında yüksək nüfuzunuzun daha bir inandırıcı təsdiqi, xalq naminə, Azərbaycanın şöhrəti naminə məqsədyönlü əməyinizin etiraf edilməsidir. Bu gün müstəqil Azərbaycan dünya məkanında, dünyanın aparıcı ölkələri arasında getdikcə daha layiqli və nüfuzlu yer tutur. Ölkənin böyük iqtisadi inkişafı, yüksək mənəvi-əxlaqi mühitin qorunub saxlanılması, mədəniyyət, elm və təhsilin dəstəklənməsi Sizin – güclü yaradıcı enerjiyə malik, işinin peşəkarı olan, nəzərdə tutulan planların həyata keçməsinə ardıcıllıqla və təkidlə nail olan bir insanın böyük şəxsi xidmətidir. Bu günlər Çində olsam da, seçkiləri diqqətlə izləyirdim və bu gün səmimi qəlbdən Sizə və Sizin bütün yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram. Qoy həmvətənlərinizin rifahı naminə, ölkələrimizin xalqlarının dostluğu naminə bütün faydalı işləriniz və təşəbbüsləriniz əvvəlki kimi uğurlu olsun.
Hörmətlə, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.