Monteneqro Respublikasının Baş naziri Milo Dukanoviçdən
12 oktyabr 2013, 10:00
Hörmətli cənab Prezident, əziz dostum!
Monteneqro Hökuməti və şəxsən öz adımdan Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik etməkdən məmnunluq duyur və Sizə gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
Azərbaycan vətəndaşlarının Sizə yenidən yüksək etimad göstərməsi ölkənizin hazırkı və inanıram ki, gələcək sosial və iqtisadi inkişafına, tərəqqisinə qiymətin və dəstəyin təzahürüdür.
Əminəm ki, yeni ideya və təşəbbüslər Azərbaycan və Monteneqro arasında bütün səviyyələrdə artıq mövcud olan səmərəli əməkdaşlığın qarşılıqlı maraq doğuran sahələrdə uğurlu inkişafı üçün yeni imkanlar açacaq və əlavə təkan verəcəkdir.
Cənab Prezident, uğurlu işlərinizin davamlı olmasını səmimiyyətlə arzulayaraq, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Milo Dukanoviç
Monteneqro Respublikasının Baş naziri
