Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Fransanın Burqundiya regionunun Yon vilayəti Ali Şurasının Prezidenti Andre Vilyedən

Text size Plus Minus

12 oktyabr 2013, 12:45

Zati-aliləri,

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edim.

Birinci və ikinci prezidentlik müddətinizdə ölkənizin Sizin sayənizdə təmin edilmiş möhtəşəm iqtisadi inkişafı və həyata keçirdiyiniz cəsarətli demokratik islahatlar Sizin bu yüksək vəzifəyə yenidən seçilməyiniz üçün həlledici rol oynadı.

Mən xüsusi olaraq şərəf hissi keçirirəm ki, bu il oktyabrın 31-dən noyabrın 1-dək Bakıda Üçüncü Beynəlxalq Humanitar Forumda, noyabrın 1-2-də isə Gəncədə İkinci Beynəlxalq Üzüm və Şərab Festivalında iştirak etmək üçün çox yaxın vaxtlarda Azərbaycana səfər edəcəyəm. Bu səfər zamanı Azərbaycan ilə Yon vilayəti arasında mövcud olan tərəfdaşlığın, o cümlədən maldarlıq, şərabçılıq, çörək məhsulları istehsalı sahələrində və futbol üzrə əməkdaşlığımızın daha da gücləndirilməsi üçün yeni bir fürsət yaranacaqdır.

Zati-aliləri, Sizinlə görüşmək arzusu ilə və yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi bir daha səmimi qəlbdən təbrik edirəm.

Zati-aliləri, Sizə ən yüksək hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm.

Dərin hörmətlə,

Andre Vilye
Fransanın Burqundiya regionunun Yon vilayətinin
Ali Şurasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi