Qazaxıstan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Oljas Süleymenovdan
Text size
12 oktyabr 2013, 12:50
Əziz İlham Heydər oğlu,
Sizi və bütün Azərbaycan xalqını seçkilərdə möhtəşəm qələbəniz münasibətilə təbrik edirəm.
UNESCO seçkilərin nəticələri barədə məlumatı alqışlamışdır. İcraiyyə Şurasının iclasında Baş direktorun nitqində Azərbaycanın bu Təşkilata göstərdiyi dəstəkdən bəhs edilmişdir. Biz Sizinlə bərabər, UNESCO-nun xoşməramlı səfiri gözəl Mehriban xanımı da təbrik edirik!
Qoy Sizin yüksək ilhamınız işlərinizə və niyyətlərinizə həmişə enerji versin! Sizə cansağlığı və uzun ömür arzu edirəm!
Həmişə Sizinlə olan,
Oljas Süleymenov
Qazaxıstan Respublikasının
UNESCO yanında daimi nümayəndəsi