Gerb

12 oktyabr 2013, 12:20

Möhtərəm İlham Heydər oğlu!

Mən Moskvaya qayıdandan sonra Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə bir daha ürəkdən təbrik etmək istərdim.

Sizin prezident seçkilərində inamlı qələbəniz məqsədyönlü şəkildə həyata keçirdiyiniz siyasi xəttin Azərbaycan xalqı tərəfindən dəstəklənməsinin parlaq nümayişidir.

Azərbaycan yaxın və uzaq xaricdə haqlı olaraq nüfuz sahibidir, onun beynəlxalq aləmdə fəallığı və rolu durmadan artır.
Bizim bu yaxınlarda Bakıda açıq və məzmunlu söhbətimizi səmimiyyətlə xatırlayıram. Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin fəaliyyətinə Sizin dəstəyinizi yüksək qiymətləndirirəm.

Möhtərəm İlham Heydər oğlu, Azərbaycan xalqının rifahının yüksəldilməsində və respublikanın hərtərəfli inkişafında Sizə səmimi qəlbdən yeni uğurlar, möhkəm cansağlığı və firavanlıq arzulayıram.

Dərin hörmətlə,

Sergey Lebedev
MDB İcraiyyə Komitəsinin sədri–icraçı katib

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR