|
12 oktyabr 2013, 12:48
Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının baş direktoru Federiko Kaşteluçidən
Zati-aliləri, icazə verin, Azərbaycanda keçirilmiş prezident seçkilərində inamlı və şəksiz qələbəniz münasibətilə Sizə ən səmimi təbriklərimi və arzularımı çatdırım. Fürsətdən istifadə edərək Azərbaycanın Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının işində fəal iştirakına görə Sizə dərin təşəkkürümü bildirirəm. Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatı ilə Azərbaycan Hökumətinin və milli şərabçılıq institutlarının səmərəli əməkdaşlığı şərab dünyası üçün böyük imkanlar yaradacaqdır. Ali diqqətinizə çatdırmaq istərdim ki, bu il oktyabrın 31-dən noyabrın 1-dək Bakıda təşkil ediləcək Üçüncü Beynəlxalq Humanitar Forumda, noyabrın 1-2-də Gəncədə keçiriləcək İkinci Beynəlxalq Üzüm və Şərab Festivalında iştirak etmək üçün Azərbaycana səfər edəcəyəm. Bir daha təbriklərimi çatdırır, Azərbaycana səfərim zamanı Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm. Zati-aliləri, Sizə ən yüksək hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm. Dərin hörmətlə,
Federiko Kaşteluçi AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.