Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının baş direktoru Federiko Kaşteluçidən
12 oktyabr 2013, 12:48
Zati-aliləri, icazə verin, Azərbaycanda keçirilmiş prezident seçkilərində inamlı və şəksiz qələbəniz münasibətilə Sizə ən səmimi təbriklərimi və arzularımı çatdırım.
Fürsətdən istifadə edərək Azərbaycanın Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının işində fəal iştirakına görə Sizə dərin təşəkkürümü bildirirəm. Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatı ilə Azərbaycan Hökumətinin və milli şərabçılıq institutlarının səmərəli əməkdaşlığı şərab dünyası üçün böyük imkanlar yaradacaqdır.
Ali diqqətinizə çatdırmaq istərdim ki, bu il oktyabrın 31-dən noyabrın 1-dək Bakıda təşkil ediləcək Üçüncü Beynəlxalq Humanitar Forumda, noyabrın 1-2-də Gəncədə keçiriləcək İkinci Beynəlxalq Üzüm və Şərab Festivalında iştirak etmək üçün Azərbaycana səfər edəcəyəm.
Bir daha təbriklərimi çatdırır, Azərbaycana səfərim zamanı Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm.
Zati-aliləri, Sizə ən yüksək hörmət və ehtiram bəslədiyimə əmin olmağınızı xahiş edirəm.
Dərin hörmətlə,
Federiko Kaşteluçi
Beynəlxalq Üzümçülük və Şərabçılıq
Təşkilatının baş direktoru
