Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovdan
12 oktyabr 2013, 12:36
Hörmətli İlham Heydər oğlu!
Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi Qaraçay-Çərkəz xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.
Seçkilərdə inamlı qələbəniz respublika vətəndaşları arasında yüksək nüfuzunuzu, iqtisadiyyatda, sosial sahədə Sizin tərəfinizdən həyata keçirilən dəyişikliklərin uğurlu olduğunu göstərir. Əmin olduğumu bildirmək istəyirəm ki, Sizin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətiniz bundan sonra da səmərəli olacaq və Azərbaycan vətəndaşlarının həyat keyfiyyətinin yaxşılaşdırılmasına, xarici siyasi aləmdə dövlətin mövqelərinin möhkəmlənməsinə xidmət edəcəkdir.
Sizə səmimi qəlbdən cansağlığı, bütün işlərdə uğurlar arzulayıram.
Hörmətlə,
Rəşid Temrezov
Qaraçay-Çərkəz Respublikasının başçısı