Gerb

28 oktyabr 2010, 17:50

Hörmətli xanım Prezident,

Həyat yoldaşınız, Argentinanın keçmiş Prezidenti, görkəmli dövlət xadimi Nestor Kirşnerin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizə və bütün Argentina xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

28 oktyabr 2010-cu il