Estoniya Respublikasının Prezidenti Toomas Hendrik İlvesdən
Text size
13 oktyabr 2013, 11:50
Zati-aliləri, əziz Prezident!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi və ən səmimi arzularımı Sizə çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Əminəm ki, ölkələrimiz arasında ikitərəfli yüksək əlaqələrin daha da möhkəmləndirilməsi üçün Sizinlə birgə işləməyi davam etdirəcəyik.
Əziz həmkarım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Toomas Hendrik İlves
Estoniya Respublikasının Prezidenti
