Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovdan
13 oktyabr 2013, 13:15
Hörmətli cənab Prezident!
Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Dağıstan Respublikası Xalq Məclisi adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edirəm.
Sizə göstərilmiş etimad Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində Sizin xidmətlərinizin etiraf edilməsinin, yüksək nüfuzunuzun və bütün Azərbaycan xalqının Sizə dərin inamının təsdiqi, şəxsiyyətinizə verilən ən yüksək qiymətdir. Sizin rəhbərliyinizlə, habelə respublikanın bütün vətəndaşlarının əməksevərliyi və səyləri sayəsində Azərbaycanın sosial-iqtisadi inkişafda qazandığı uğurlar təqdirəlayiqdir.
Əminik ki, Rusiya ilə Azərbaycan arasında, xalqlarımız arasında tarixən təşəkkül tapmış dostluq münasibətləri bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan xalqına isə sülh və tərəqqi diləyirəm.
Hörmətlə,
Xızrı Şıxsəidov
Dağıstan Respublikası Xalq Məclisinin sədri
