|
13 oktyabr 2013, 13:45
Çeçen Respublikası Hökumətinin sədri Ruslan Edelgeriyevdən
Hörmətli İlham Heydər oğlu! Yenidən Azərbaycan Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Prezident seçkilərində növbəti qələbəniz Azərbaycan vətəndaşlarının Sizin rəhbərliyiniz altında ölkənizin sosial-iqtisadi inkişafı, onun beynəlxalq mövqelərinin möhkəmləndirilməsi xəttini fəal dəstəklədiklərini və bu siyasətə etimad göstərdiklərini bir daha təsdiq edir. Xalqlarımızı ümumi mənəvi dəyərlər və ənənələr, zamanın sınağından çıxmış qarşılıqlı inam və etimad birləşdirir. Əminəm ki, bizim möhkəm əsaslar üzərində qurulmuş ikitərəfli və çoxtərəfli əməkdaşlığımız daha uğurla davam edəcəkdir. Xalqlarımız arasında tarixən təşəkkül tapmış dostluq və mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi əminəm ki, bundan sonra da Azərbaycan Respublikası ilə Çeçen Respublikası arasında çoxşaxəli əməkdaşlığa, Qafqazda sülhün, sabitliyin və tərəqqinin təmin olunmasına şərait yaradacaqdır. Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. Hörmətlə, Ruslan Edelgeriyev Çeçen Respublikası Hökumətinin sədri 13 oktyabr 2013, 14:25
Rusiya Federasiyası Dövlət Dumasının komitə sədrinin müavini Dmitri Savelyevdən
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.