Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Çeçen Respublikası Hökumətinin sədri Ruslan Edelgeriyevdən

Text size Plus Minus

13 oktyabr 2013, 13:45

Hörmətli İlham Heydər oğlu!

Yenidən Azərbaycan Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Prezident seçkilərində növbəti qələbəniz Azərbaycan vətəndaşlarının Sizin rəhbərliyiniz altında ölkənizin sosial-iqtisadi inkişafı, onun beynəlxalq mövqelərinin möhkəmləndirilməsi xəttini fəal dəstəklədiklərini və bu siyasətə etimad göstərdiklərini bir daha təsdiq edir. Xalqlarımızı ümumi mənəvi dəyərlər və ənənələr, zamanın sınağından çıxmış qarşılıqlı inam və etimad birləşdirir.

Əminəm ki, bizim möhkəm əsaslar üzərində qurulmuş ikitərəfli və çoxtərəfli əməkdaşlığımız daha uğurla davam edəcəkdir.

Xalqlarımız arasında tarixən təşəkkül tapmış dostluq və mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi əminəm ki, bundan sonra da Azərbaycan Respublikası ilə Çeçen Respublikası arasında çoxşaxəli əməkdaşlığa, Qafqazda sülhün, sabitliyin və tərəqqinin təmin olunmasına şərait yaradacaqdır.

Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Ruslan Edelgeriyev

Çeçen Respublikası Hökumətinin sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi