Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Rusiya Federasiyası Dövlət Dumasının komitə sədrinin müavini Dmitri Savelyevdən

Text size Plus Minus

13 oktyabr 2013, 14:25

Hörmətli İlham Heydər oğlu!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu ali dövləti vəzifəyə yenidən seçilməyiniz Azərbaycan xalqı tərəfindən Sizə böyük etimadın göstəricisidir. Sizin Prezident vəzifəsində fəaliyyətiniz bundan sonra da Azərbaycan Respublikası Konstitusiyasına, xalqın hüquq və azadlıqlarına riayət edilməsinə təminat olacaqdır. Qəti əminəm ki, Rusiya və Azərbaycan qarşılıqlı faydalı əməkdaşlıq prinsipi əsasında ikitərəfli siyasi, iqtisadi, mədəni və humanitar əlaqələri genişləndirəcəklər.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik arzulayır, ali dövləti vəzifənizdə, Azərbaycanın bu günü və gələcəyi naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

Dmitri Savelyev

Rusiya Federasiyası Dövlət Dumasının
komitə sədrinin müavini

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi