|
13 oktyabr 2013, 14:35
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncıdan
Cənab Prezident! Yenidən ali dövləti vəzifəyə seçilməyiniz münasibətilə Zati-alinizi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyi adından və öz adımdan səmimi qəlbdən təbrik edirəm. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyinin işçilərindən və üzv ölkələrin nümayəndələrindən ibarət seçkiləri müşahidə missiyası mahiyyət baxımından mühüm əhəmiyyətə malik olan Ağdam rayonunun işğal altında olmayan və məcburi köçkünlərin yaşadığı müxtəlif kəndlərindəki 46 seçki məntəqəsindən 24-də 3 qrup şəklində müşahidələr apardıq. Həmin rayonu seçməyimizdə ən mühüm amil türk dünyasının məcburi köçkünlərlə həmrəy olduğunu göstərmək idi. Aparılan müşahidələrimizə əsasən deyə bilərik ki, mütəşəkkil, şəffaf və dinc şəraitdə keçən seçkilərin nəticələri rəhbərliyiniz və liderliyiniz altında hər sahədə əldə edilən uğurların təsdiqi, Azərbaycan xalqının Sizə olan inamının bariz nümunəsidir. Yenidən Prezident seçilməyiniz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan ölkələr arasında əlaqələrin daha sürətlə inkişaf etməsi baxımından çox mühüm əhəmiyyətə malikdir. Bu əməkdaşlığın gələcək illərdə Sizin səylərinizlə daha da genişlənəcəyinə əmin olduğumu xüsusi vurğulamaq istəyirəm. Prezident seçkilərində parlaq qələbənizin bütün türk dünyasına xeyirli olmasını arzu edərək, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına rifah diləyirəm. Dərin hörmətlə, Xəlil Akıncı
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.