Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Bosniya və Herseqovinanın kommunikasiya və nəqliyyat naziri Damir Hadziçdən

Text size Plus Minus

14 oktyabr 2013, 16:40

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Seçkilərdə inamlı qələbəniz müasir Azərbaycanı daha da inkişaf etdirmək uğrunda səylərinizin xalq tərəfindən yüksək qiymətləndirilməsinin təsdiqidir.

İnamlı qələbəniz şəxsiyyətinizdən və dahi insan və lider Heydər Əliyevin müəyyənləşdirdiyi məqsədlərin həyata keçirilməsində qazandığınız uğurlardan xəbər verir.

Zati-aliləri, Sizi - Bosniya və Herseqovinanın dostunu bir daha təbrik edirəm. Ən yaxın vaxtlarda Bosniya və Herseqovinaya səfər edərək, Sizi həqiqi qardaş və dost kimi qarşılamaq imkanı qazanmaq ümidi ilə ən xoş arzularımı çatdırıram.

Dərin ehtiramla,

Damir Hadziç

Bosniya və Herseqovinanın
kommunikasiya və nəqliyyat naziri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi