|
14 oktyabr 2013, 13:30
Çin Xalq Respublikasının Sədri Si Tszinpindən
Zati-aliləri, Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin. Son illər Sizin rəhbərliyiniz altında Azərbaycanda sabit sosial-siyasi vəziyyət müşahidə olunur, iqtisadi inkişaf sahəsində əhəmiyyətli nəticələr əldə edilir, beynəlxalq birlikdə Azərbaycanın statusu və nüfuzu durmadan yüksəlir. Çin tərəfi bütün bunlara ürəkdən sevinir. Çin ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri diplomatik əlaqələrin qurulduğu 21 il ərzində sağlam və sabit məcrada inkişaf edir. Hər iki ölkə daim yüksək səviyyədə əlaqə saxlayır, işgüzar əməkdaşlıq səmərəli surətdə inkişaf edir, humanitar mübadilələr getdikcə daha sıx xarakter alır. Hər iki ölkə beynəlxalq və regional məsələlərdə birgə fəaliyyət həyata keçirir. Mən Çin ilə Azərbaycan arasında bütün sahələrdə ikitərəfli münasibətlərin və əməkdaşlığın inkişafına Sizin verdiyiniz mühüm töhfələri yüksək qiymətləndirirəm. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük diqqət yetirirəm. Çin sadiq dost və tərəfdaş kimi Azərbaycana güvənir. Mən Çin-Azərbaycan münasibətlərinin davamlı inkişafını iki ölkənin və onların xalqlarının rifahı naminə irəlilətmək üçün Sizinlə birgə səylər göstərməyə hazıram. Azərbaycanın çiçəklənməsini və qüdrətli olmasını, xalqınıza xoşbəxtlik, Sizə möhkəm cansağlığı və firavanlıq arzulayıram.
Hörmətlə, Çin Xalq Respublikasının Sədri AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.