|
14 oktyabr 2013, 17:15
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Viktor Sadovniçidən
Çox hörmətli İlham Heydər oğlu! Azərbaycan Respublikasında keçirilmiş prezident seçkilərində qələbəniz münasibətilə Sizi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin çoxminlik kollektivi adından və şəxsən öz adımdan təbrik edirəm. Yeni müddətə Prezident seçilməyiniz və bu seçkilərdə inamlı qələbəniz təsdiq edir ki, Azərbaycan xalqı Sizin simanızda onu tərəqqiyə aparan və ölkədə həyat şəraitini yaxşılaşdıran Lider görür. Siz beynəlxalq müşahidəçilərin mütləq əksəriyyətinin tanıdığı demokratik seçkilərlə haqlı olaraq qürur duya bilərsiniz. Hörmətli İlham Heydər oğlu, Sizə bizim universitet korporasiyasının tamhüquqlu üzvü, Moskva Universitetinin Fəxri professoru kimi də təbrik sözləri ilə müraciət etmək mənə xüsusilə xoşdur. Qapılarımız həmişə Sizin üzünüzə açıqdır. Sizin gəlişiniz və burada çıxışınız Moskva Universiteti üçün həmişə bayram və böyük sevinc olacaqdır. Sizi əmin edirəm ki, Moskva Universiteti təhsildə və elmdə tərəqqiyə nail olmaq işinə həmişə lazımi töhfə verməyə hazırdır və ümidvaram ki, bizim fəal və səmərəli əməkdaşlığımız həmişə Rusiya və Azərbaycan xalqlarının dostluq əlaqələrinin çoxəsrlik ənənələrinin zənginləşməsinə xidmət edəcəkdir. Sizin Fərmanınızla açılmış, yorulmaz dəstəyiniz və qayğınız sayəsində Azərbaycanda universitet elminin və təhsilinin əsl incisinə, yüksək dərəcəli qabaqcıl təhsil müəssisəsinə çevrilmiş Moskva Universitetinin Bakı filialının yaradılması humanitar sahədə səmərəli Rusiya-Azərbaycan qarşılıqlı əlaqələrinin həyata keçirilməsinə gözəl nümunədir. Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, güclü və çiçəklənən Azərbaycan Respublikasının rifahı naminə fəaliyyətinizdə yeni uğurlar arzulamaq istərdim.
Dərin hörmət və səmimiyyətlə Sizin,
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, 14 oktyabr 2013, 16:50
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbekoviçdən
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.