Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbekoviçdən
Text size
14 oktyabr 2013, 16:50
Zati-aliləri,
Azərbaycan Respublikasını prezident seçkilərinin müvəffəqiyyətlə keçməsi ilə əlaqədar, şəxsən Sizi isə qələbə münasibətilə təbrik edirəm.
Bosniya və Herseqovina ilə Azərbaycan Respublikasının sıx tarixi əlaqələri vardır. Sizin seçkilərdə parlaq qələbəniz xalqlarımız arasında həqiqi dostluğu daha da möhkəmləndirəcəkdir. Əməkdaşlığımızın davam etməsinə səmimi qəlbdən şadam.
Zati-aliləri, Sizə ən dərin ehtiramımı bildirirəm.
Hörmətlə,
Bakir İzetbekoviç
Bosniya və Herseqovinanın Rəyasət
Heyətinin üzvü
