Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Türkiyə İşçi Sindikatları Konfederasiyasının sədri Ergün Atalaydan

Text size Plus Minus

14 oktyabr 2013, 17:20

Çox hörmətli Prezident,

Oktyabrın 9-da keçirilən prezident seçkilərində inamlı qələbəniz dost və qardaş Azərbaycan vətəndaşlarının Sizə böyük inamının, ölkənin siyasi, sosial və iqtisadi həyatının inkişafı sahəsində gördüyünüz möhtəşəm işlərin xalq tərəfindən bəyənilməsinin təsdiqidir.

Sizin rəhbərliyinizlə Azərbaycan həm bölgədə siyasi və iqtisadi gücünü artırmış, həm də vətəndaşların həyat şəraitini və hüquqlarını təqdirəlayiq səviyyəyə yüksəltmişdir. Bununla bərabər, Türkiyə-Azərbaycan əlaqələrinə verdiyiniz önəm sayəsində ikitərəfli münasibətlər daha da güclənmiş, “Bir millət, iki dövlət” anlayışı hər iki ölkədə yeni məzmun kəsb etmişdir.

Türkiyə İşçi Sindikatları Konfederasiyasının bütün üzvləri adından və şəxsən öz adımdan Sizi yenidən Prezident seçilməyiniz münasibətilə böyük məmnunluqla təbrik edir, uğurlarınızın bundan sonra da davamlı olacağına sonsuz inamımı diqqətinizə çatdırıram.

Ergün Atalay

Türkiyə İşçi Sindikatları Konfederasiyasının sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi