Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

ABŞ senatoru Cim Devisdən

Text size Plus Minus

14 oktyabr 2013, 16:45

Hörmətli cənab Prezident,

Seçkilərdə qazandığınız qələbə münasibətilə Sizi təbrik etməkdən qürur duyuram. Seçkilərin nəticələri Sizin ölkənizin gələcəyi üçün gördüyünüz işlərin, güclü hakimiyyətinizin və xalqınızın gücünün sübutudur. Azərbaycanda ümumi daxili məhsulun üç dəfə artması və Bakının müasir şəhərə çevrilmə prosesi də daxil olmaqla ölkənizin uğurlarına çox sevinirəm.

Rəhbərliyiniz altında Qərblə olan enerji və təhlükəsizlik əlaqələri genişlənmiş və bu, Azərbaycanı ABŞ və Avropa İttifaqının mühüm regional tərəfdaşına çevirmişdir. Bu yaxınlarda Azərbaycana səfərim zamanı xalqınızın yüksək qonaqpərvərliyinin, vətəndaşlarınızın gənc müstəqil ölkənin inkişaf sahəsində qazandığı uğurlardan məmnun qaldıqlarının şahidi olmuşam.

Bir daha seçkilərdə qazandığınız qələbə münasibətilə təbriklərimi və ən xoş arzularımı çatdırmaq istərdim. Ümidvaram ki, ölkələrimiz arasında əlaqələr daha da inkişaf edəcəkdir.

Dərin hörmətlə,

Cim Devis

ABŞ senatoru

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi