Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Vaqif Məmişovdan, Sankt-Peterburq, Rusiya Federasiyası

Text size Plus Minus

14 oktyabr 2013, 17:05

Hörmətli cənab Prezident!

Sizin siyasətiniz sayəsində Azərbaycan günbəgün inkişaf edir. Hər bir azərbaycanlının ürəyində məxsusi yeri olan Ümummilli Liderimizin siyasətinin davamçısı kimi Sizin son 10 ildə Azərbaycanın inkişafı naminə gördüyünüz işlər göz qabağındadır. Biz ölkəmizlə onun hüdudlarından kənarda da qürur duyuruq, çünki azərbaycanlıyıq. Sizi dəstəkləmək üçün seçkilər şərəfinə Buz Sarayında xeyriyyə konserti keçirdik. Biz, Sankt-Peterburqda yaşayan azərbaycanlılar əminik ki, Sizin etibarlı rəhbərliyiniz altında ölkə qarşıdan gələn 5 il ərzində də inamla irəliləyəcəkdir.

Cənab Prezident, Azərbaycanı işıqlı gələcəyə aparan lider rolunda biz yalnız Sizi görürük! Sankt-Peterburqda yaşayan azərbaycanlılar Sizi dəstəkləmişlər və həmişə də dəstəkləyəcəklər.

Hörmətlə,

Vaqif Məmişov,

Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni

Muxtariyyətinin sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi