Gerb

14 oktyabr 2013, 15:30

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi Avropa Komissiyasının adından və öz adımdan təbrik etmək istəyirəm. Ümidvaram ki, prezidentliyinizin yeni müddəti də ölkəniz və xalqınız üçün davamlı şəkildə uğurlu olacaqdır. Sizə bu işdə uğurlar arzulayıram.

Sizi bir daha əmin etmək istərdim ki, demokratiya və qanunun aliliyi daxil olmaqla beynəlxalq səviyyədə qəbul edilmiş prinsip və dəyərlərə hörmət əsasında Avropa Komissiyası Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi və enerji sahələrində olan əlaqələrini daha da dərinləşdirməyə böyük önəm verir.

İcazə verin, ali dövləti vəzifənizdə Sizə müvəffəqiyyətlər arzu edim. Ümidvaram ki, həm şəxsi, həm də ikitərəfli, çoxtərəfli və Şərq tərəfdaşlığı çərçivəsində əlaqələrimiz davamlı şəkildə inkişaf edəcəkdir.

Hörmətli cənab Prezident!

Bununla Sizə öz dərin ehtiramımı izhar edirəm.

Hörmətlə,

Xose Manuel Barrozu
Avropa Komissiyasının sədri

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
604 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR