Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Azərbaycan-Ukrayna sənədlərinin imzalanma mərasimi olmuşdur

Text size Plus Minus

28 oktyabr 2010, 18:49

Kiyevdə, Azərbaycan və Ukrayna Prezidentləri Şurasının ikinci iclasından sonra Azərbaycan-Ukrayna sənədlərinin imzalanma mərasimi olmuşdur.

Prezident İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç “Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin birgə Bəyannaməsi”ni və “Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının ikinci iclasının Protokolu”nu imzaladılar.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Ukrayna Xarici İşlər Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş”i imzaladılar. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi