Gerb

14 oktyabr 2013, 13:45

Hörmətli İlham Heydər oğlu!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan vətəndaşları Sizin ölkənin inkişafı, onun iqtisadiyyatının modernləşdirilməsi istiqamətində həyata keçirdiyiniz xətti qətiyyətlə dəstəkləmişlər.

Ukraynada Sizi görkəmli dövlət xadimi və müdrik siyasətçi, Ukrayna xalqının böyük dostu kimi tanıyırlar.

Ukrayna-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində Sizin rolunuzu yüksək qiymətləndirirəm. Əminəm ki, bizim etimada söykənən səmimi konstruktiv dialoqumuz Ukrayna və Azərbaycan Respublikası xalqlarının səmərəli və qarşılıqlı faydalı əlaqələri üçün bundan sonra da etibarlı əsas olacaqdır.

Hörmətli İlham Heydər oğlu, Sizə nəzərdə tutduğunuz bütün planların həyata keçməsini, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh, xoş günlər və çiçəklənmə arzulayıram.

Hörmətlə,
Viktor Yanukoviç
Ukrayna Prezidenti

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR