Gerb

14 oktyabr 2013, 16:35

Hörmətli İlham Heydər oğlu!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan Sizin rəhbərlik etdiyiniz illərdə iqtisadi inkişafda və respublika sakinlərinin sosial rifahının yüksəlməsində böyük uğurlara nail olmuşdur.

Sizin yüksək və məsul vəzifəyə seçilməyiniz Azərbaycan sakinlərinin Sizə olan etimadının və məhəbbətinin sübutu, Sizin peşəkarlığınızın və dövlət xadimi kimi müdrikliyinizin etirafıdır.

Əminəm ki, Sizin enerjiniz, məqsədyönlülüyünüz və işə dövləti yanaşmanız sayəsində Azərbaycan Respublikasının inkişafı və çiçəklənməsi davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, nikbinlik, sadiq silahdaşlar, dostlar və Azərbaycan xalqının rifahı naminə səmərəli fəaliyyət arzulayıram.

Dərin hörmətlə,

Georgi Poltavçenko

Sankt-Peterburqun qubernatoru

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR