Volınsk Vilayət Dövlət Administrasiyasının başçısı Boris Klimçuqdan
Text size
15 oktyabr 2013, 13:45
Hörmətli İlham Heydər oğlu,
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə növbəti inamlı qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Mənə Sizinlə şəxsən ünsiyyətdə olmaq səadəti nəsib olduğu üçün əminəm ki, Azərbaycan ilə Ukrayna arasında münasibətlər bundan sonra da qarşılıqlı faydalı dostluq platformasında davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, uzun ömür və dövlətin inkişaf etdirilməsi işində uğurlar, Azərbaycan xalqına isə sülh, firavanlıq və çiçəklənmə arzulayıram.
Dərin hörmətlə,
Boris Klimçuq
Volınsk Vilayət Dövlət Administrasiyasının başçısı
