Gerb

28 oktyabr 2010, 20:17
W1siziisijiwmtuvmdyvmtuvmmjmzxrvejh3yv8ynta2lmpwzyjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=c6b451e3c9745ebb

Prezident İlham Əliyev Kiyevdə Ukraynanın Baş naziri Nikolay Azarovu qəbul etmişdir.

Görüşdə ölkələrimiz arasında iqtisadi, o cümlədən energetika sahəsində əməkdaşlığın uğurla inkişaf etməsindən məmnunluq ifadə olundu. Bu əlaqələrin genişləndirilməsi və ticarət dövriyyəsinin daha da artırılması üçün yaxşı potensialın mövcud olduğu vurğulandı.

Görüşdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılacaq əməli addımlar barədə fikir mübadiləsi aparıldı.