|
15 oktyabr 2013, 13:55
Argentina parlamentinin Deputatlar Palatasında Azərbaycan ilə dostluq qrupunun rəhbəri Roberto Mario Mouillerondan
Zati-aliləri, Azərbaycanda keçirilmiş növbəti prezident seçkilərində parlaq qələbəniz münasibətilə Sizə təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Argentina parlamentində Azərbaycan ilə dostluq qrupunun rəhbəri olaraq mənə ölkələrimiz arasında münasibətlərin əsasının qoyulmasında iştirak etmək şərəfi nəsib olmuşdur. Yaxından tanıdığım dost ölkənizdə keçirilmiş şəffaf seçkilərin nəticələrini alqışlayıram. Bu seçkilərin nəticələrinin bir daha təsdiq etdiyi kimi, Sizin sürətli inkişafı təmin edən siyasətiniz xalqınızın rəğbətini qazanmaqla yanaşı, coğrafi cəhətdən uzaq məsafədə yerləşən və Azərbaycan ilə dostluq və əməkdaşlıq əlaqələrini gücləndirmək istəyən Argentina arasında ən uğurlu vasitə olmuşdur. Azərbaycana səfərlərim zamanı ölkənizdə böyük inkişafın şahidi olmuşam. Əminəm ki, bu inkişaf prezidentliyinizin növbəti mərhələsində də uğurla davam edəcək, Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirəcəkdir. Cənab Prezident, qələbəniz münasibətilə Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, yeni-yeni uğurlar arzulayır, Azərbaycan xalqına əmin-amanlıq və rifah diləyirəm. Roberto Mario Mouilleron
Argentina parlamentinin Deputatlar Palatasında AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.