|
15 oktyabr 2013, 14:15
Moldova Milli Həmkarlar İttifaqları Konfederasiyasının sədri Oleq Budzadan
Zati-aliləri, cənab Prezident! Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Moldova Milli Həmkarlar İttifaqları Konfederasiyası və Moldova həmkarlar ittifaqının 450 minlik üzvü adından səmimi təbrikləri bu son dərəcə məsul vəzifədə fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, sülh, firavanlıq arzuları ilə birlikdə qəbul edin. Sizin on il ali dövləti vəzifədə işləməyiniz artıq həm öz həyatınızın, həm də ölkənizin həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Sizin müdrik qərarlarınız sayəsində Azərbaycanın müasir simasını formalaşdıran bir sıra çox əhəmiyyətli dəyişikliklər həyata keçirilmişdir. Moldova Milli Həmkarlar İttifaqları Konfederasiyasının uzun illər ərzində sıx əməkdaşlıq etdiyi Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətinə həssas münasibətinizə görə Sizə xüsusi minnətdarlığımı bildirmək istərdim. Biz dərindən əminik ki, Sizin müdrik rəhbərliyiniz sayəsində Azərbaycan Respublikası daha da inkişaf edəcək və onun vətəndaşlarının rifahı bundan sonra da yüksələcəkdir. Dərin hörmətlə, Oleq Budza
Moldova Milli Həmkarlar İttifaqları AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.