|
16 oktyabr 2013, 15:10
UNESCO-nun baş direktoru İrina Bokovadan
Zati-aliləri, Növbəti prezident seçkilərində yenidən inamlı qələbə qazanmağınız münasibətilə UNESCO adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edir, Azərbaycan Respublikasının ali dövləti vəzifəsində Sizə davamlı müvəffəqiyyət arzulayıram. Fürsətdən istifadə edərək ölkənizin UNESCO-nun fəaliyyətində oynadığı mühüm rolu çox yüksək qiymətləndirirəm. May ayında Azərbaycana səfərimdən çox gözəl xatirələr qalıb. O zaman mən Azərbaycan Respublikası Hökumətinin çoxtərəfli beynəlxalq əməkdaşlıq öhdəliklərinə və inkişafa sadiqliyinin şahidi oldum. Azərbaycanın təşkilatımızın qlobal missiyalarına verdiyi dəstəkdə UNESCO-nun xoşməramlı səfiri kimi birinci xanım Mehriban Əliyevanın dəyərli töhfələrini xüsusi qeyd edirəm. İnanıram ki, Azərbaycan ilə UNESCO arasında çox gözəl əməkdaşlıq əlaqələri gələcək illərdə daha da inkişaf edəcəkdir. Əmin ola bilərsiniz ki, bunun üçün mən əlimdən gələni edəcəyəm. Zati-aliləri, Sizə ən xoş arzularımı çatdırır, yüksək ehtiramımı və hörmətimi qəbul etməyinizi xahiş edirəm. Dərin hörmətlə, İrina Bokova UNESCO-nun baş direktoru AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.