|
16 oktyabr 2013, 15:20
İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovdan
Hörmətli İlham Heydər oğlu! Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu ali dövləti vəzifəyə yenidən seçilməyiniz yüksək nüfuzunuzu, sülhə, sabitliyə, firavanlığa və sosial-iqtisadi inkişaf kursunun davam etdirilməsinə olan ümidlərini Sizin adınızla bağlayan Azərbaycan əhalisinin peşəkarlığınıza, bacarığınıza inamını təsdiq edir. Əminəm ki, Azərbaycan Respublikasının və İnquşetiya Respublikasının xalqları arasındakı tarixi qardaşlıq münasibətləri möhkəmlənəcək və dinamik inkişaf edəcəkdir. Hörmətli İlham Heydər oğlu, Sizə səmimiyyətlə cansağlığı, xoşbəxtlik, rifah, bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar arzulayıram. Hörmətlə, Yunusbek Yevkurov İnquşetiya Respublikasının başçısı 16 oktyabr 2013, 16:00
BMT baş katibinin müavini, Cenevrə ofisinin rəhbəri Kasım-Comart Tokayevdən
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.