Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovdan

Text size Plus Minus

16 oktyabr 2013, 15:20

Hörmətli İlham Heydər oğlu!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu ali dövləti vəzifəyə yenidən seçilməyiniz yüksək nüfuzunuzu, sülhə, sabitliyə, firavanlığa və sosial-iqtisadi inkişaf kursunun davam etdirilməsinə olan ümidlərini Sizin adınızla bağlayan Azərbaycan əhalisinin peşəkarlığınıza, bacarığınıza inamını təsdiq edir.

Əminəm ki, Azərbaycan Respublikasının və İnquşetiya Respublikasının xalqları arasındakı tarixi qardaşlıq münasibətləri möhkəmlənəcək və dinamik inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimiyyətlə cansağlığı, xoşbəxtlik, rifah, bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Yunusbek Yevkurov

İnquşetiya Respublikasının başçısı

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi