Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

BMT baş katibinin müavini, Cenevrə ofisinin rəhbəri Kasım-Comart Tokayevdən

Text size Plus Minus

16 oktyabr 2013, 16:00

Zati-aliləri,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir və bu ali dövləti vəzifədə Sizə uğurlar arzulayıram.

Əminəm ki, Sizin yeni prezidentlik dövrünüz Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycanın sülhün, inkişafın və insan hüquqlarının daha etibarlı qorunması məsələlərində qlobal rolunun güclənməsi üçün imkan yaradacaqdır.

Birləşmiş Millətlər Təşkilatı hamı üçün daha yaxşı dünya qurmaq səylərini davam etdirir və bu məqsədə çatmaq işində ölkənizin sadiqliyi çox vacibdir. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisinə verdiyi dəstəyi yüksək qiymətləndirirəm və bu səylərin gələcəkdə daha da güclənəcəyinə inanıram.

Zati-aliləri, Sizə öz dərin ehtiramımı bildirirəm.

Kasım-Comart Tokayev

BMT baş katibinin müavini, Cenevrə ofisinin rəhbəri 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi