İlham Əliyev ümummilli lider Heydər Əliyevin Kiyevin mərkəzində ucaldılmış abidəsini ziyarət etmişdir

28 oktyabr 2010, 20:20
İlham Əliyev ümummilli lider Heydər Əliyevin Kiyevin mərkəzində ucaldılmış abidəsini ziyarət etmişdir

Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Kiyevin mərkəzində ucaldılmış abidəsini ziyarət etmişdir.

Dövlət başçısına abidənin ətrafında aparılacaq abadlıq işləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, abidənin ətrafı yenidən qurulacaq, bura istirahət məkanına çevriləcəkdir.

Sonra Prezident İlham Əliyev Azərbaycanın Ukraynadakı səfirliyinin yerləşdiyi əraziyə gəldi. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, diplomatik nümayəndəliyimizin ərazisində də abadlıq və yenidənqurma işlərinin görülməsi planlaşdırılır.