Gerb

17 oktyabr 2013, 15:10

Zati-aliləri,

Ölkənizdə keçirilmiş prezident seçkilərinin nəticələrindən çox məmnunam. Prezident seçilməyiniz münasibətilə səmimi təbriklərimi Sizə çatdırmaq istərdim.

Seçkilərdə qalib gəlmək həmişə ağır, gərgin, qətiyyətli, inadlı, səbirli bir iş, əməkdaşlıq, komanda ilə çalışmaq, həmkarlara dərin inam, həmrəylik, möhkəm dəlillər tələb edən və ən yaxşı nəticəyə hesablanan fəaliyyətdir. Əminəm ki, bu keyfiyyətlər zəminində ümumi məqsədlər naminə Azərbaycan Respublikasının inkişafı üçün səylərinizi davam etdirəcəksiniz.

Hörmətli cənab Prezident, Sizə işlərinizdə davamlı uğurlar arzulayıram.

Sizə ən yaxşı arzularımı çatdırır, tezliklə Lyublyanada görüşəcəyimizə ümid edirəm.

Hörmətlə,

Zoran Yankoviç
Lyublyana şəhərinin meri