|
29 oktyabr 2010, 14:20
Saatlı rayonunun sakinlərindən, Saatlı, Azərbaycan
Əziz və hörmətli Prezidentimiz İlham Əliyev, 2010-cu il oktyabrın 21-də imzaladığınız Sərəncamla bütün Saatlı rayonunun əhalisini, xüsusilə də Saatlı-Musalı-Məzrəli avtomobil yolunun birləşdirdiyi 8 yaşayış məntəqəsinin sakinlərini hədsiz dərəcədə sevindirdiniz. 20 min nəfər əhalinin yaşadığı bu kəndlərin ən böyük problemini həll etdiyinizə görə hamımız Sizə ürəkdən təşəkkür edir və dərin minnətdarlığımızı bildiririk. Möhtərəm Prezident, bu, Sizin Saatlı rayonuna göstərdiyiniz daimi qayğı və diqqətin yeni təzahürüdür. Siz bundan əvvəl də dəfələrlə Saatlı rayonunda olmuş, rayonun bir çox problemlərinin həllinə yaxından kömək göstərmisiniz. Bunun sayəsində bu gün Saatlı rayonunda böyük abadlıq və quruculuq işləri gedir. Rayon mərkəzi, kənd və qəsəbələrimiz sürətlə abadlaşır. Rayonumuzun sakinləri bu il sel daşqınları zamanı Sizin qayğınızı xüsusilə yaxından hiss etdilər. Siz bir daha hər bir azərbaycanlının Prezidenti olduğunuzu əyani surətdə təsdiq etdiniz.
Biz inanırıq ki, Sizin ayırdığınız vəsaitlə kəndlərimizin yolları qısa müddətdə müasir tələblər səviyyəsində bərpa ediləcək, bunun sayəsində həmin kəndlər daha sürətlə inkişaf edəcək, Azərbaycanın ən gözəl yerlərindən birinə çevriləcəkdir. Allah köməyiniz olsun! Dərin hörmətlə,
Saatlı rayonunun Bəylər, Əlisoltanlı, Hacıqasımlı, 28 oktyabr 2010, 21:21
Kiyevdə Azərbaycan və Ukrayna prezidentlərinin birgə mətbuat konfransı olmuşdur
more...
29 oktyabr 2010, 16:29
İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə telefonla zəng etmişdir
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.