Ələddin Əsgərovdan, Gəncə, Azərbaycan
22 may 2010, 16:19
Hörmətli cənab Prezident!
Azərbaycan Dövlət Aqrar Universitetinə və onun kollektivinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirirəm. Mənim əməyimi Prezident təqaüdü ilə qiymətləndirməyiniz qəlbimi sevinc hissi ilə doldurmuşdur. Bu qayğı və etimada görə, cənab Prezident, Sizə təşəkkür edir, möhkəm cansağlığı və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. İndi bizim qocaman elm və təhsil ocağımız Sizin qayğınız sayəsində ikinci gənclik dövrünə qədəm qoymuşdur. Bütün bunlara görə Sizə səmimi qəlbdən “çox sağ olun” deyirik.
Hörmətlə,
Ələddin Əsgərov
Azərbaycan Dövlət Aqrar Universitetinin professoru, əməkdar elm xadimi.
Azərbaycan Respublikası, Gəncə şəhəri.
